XİN ölənlərin ailələrinə başsağlığı verdi
Siyasət
25.12.2024 14:35
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbərini ürək ağrısı və kədər hissi ilə qarşıladıq".
TodayPress xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkəsində paylaşıb.
"Qəza zamanı faciəli şəkildə həlak olan şəxslərin, həmvətənlərimizin ailələrinə dərin hüznlə baş sağlığı verir, onlara Allahdan səbr, yaralananlara isə şəfa arzu edirik. Allah rəhmət eləsin!"
Töhfə Səməd
tag: Hava ,AZAL, Aktau ,Ceyhun Bayramov ,todaypress.az,