XİN itkin düşmüş vətəndaşlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Siyasət

30.08.2024 13:46

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.

TodayPress xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkar edilməsinə baxmayaraq, Ermənistan itkin düşən şəxslərin yerini açıqlamaqdan imtina edir.

"4000-ə yaxın insanın ailəsi onilliklərdir ki, əzizlərinin yolunu gözləyir. Yaxınları haqqında məlumat almaq onların təməl hüququdur. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır. Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək" deyə məlumatda qeyd edilib.

Töhfə Səməd

tag: XİN,Beynəlxalq İtkinlər Günü,Azərbaycan ,İnsan,Ailə,Doğma,Torpaq,Axtarış,todaypress.az,