XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
Siyasət
05.10.2024 22:48
Azərbaycan tərəfi Ermənistanı pozucu addımlardan əl
çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan
əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik
aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək
istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.
TodayPress xəbər verir ki, bu
barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyin Beynəlxalq
Frankofoniya Təşkilatında Ermənistan və Fransanın təxribatçı addımlarının
iflasa uğramasına dair bəyanatında yer alıb.
Qeyd olunub ki, Ermənistan tərəfi ya bu yolla
normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam
etdirmək arasında seçim etməlidir:
“Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi
müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma
prosesinə sadiqdir”.
tag: Azərbaycan, XİN, Ermənistan, Fransa, Konstitusiya,todaypress.az,