XİN başçısı: "Azərbaycanın Ermənistanla təmasları davam edir"
Siyasət
20.01.2025 13:00
"Azərbaycanın Ermənistanla post-münaqişə mərhələsində təmasları davam edir".
TodayPress xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək.
C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil.
XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində 2 maddə üzrə danışıqlar davam edir.
Bundan başqa, Ceyhun Bayramov Azərbaycanın 2024-cü ildə ABŞ-nin Ermənistana birtərəfli dəstək faktlarını gördüyünü bildirib.
O, ABŞ-nin Ermənistana dəstəyi barədə bəhs edərək iki ölkə arasındakı münasibətləri şərh etmək istəmədiyini vurğulayıb.
"2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktları gördük. Özlərini vasitəçi kimi təqdim edən tərəflərin qərəzli yanaşması qəbuledilməzdir. ABŞ-nin Demokratlar administrasiyasının davranışında biz bunları müşahidə etmişik" nazir qeyd edib.
tag: XİN, Azərbaycan ,Ermənistan,Sülh, Xarici Siyasət,todaypress.az,