XİN başçısı: "Azərbaycan uzun illər ATƏT-in əsas prinsiplərinin pozulması faktları ilə əziyyət çəkib"

Siyasət

25.04.2025 18:41

16

“Azərbaycanla ATƏT arasında olan mövcud əməkdaşlıq istiqamətləri, regional çağırışlar, Azərbaycan-Ermənistan post-müharibə dövründə gedən normallaşma prosesi müzakirə olunub”.   

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.   

Nazirin sözlərinə görə, Feridun Sinirlioğlu ilə görüşdə ATƏT-in üzv ölkələri və qonşu coğrafiyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Ölkələr arasında etibarlılıq və inamın azalması, dini və etnik ayrıseçkilik əsas müzakirə predmenti olub. 

"Azərbaycan uzun illər ATƏT-in əsas prinsiplərinin pozulması faktları ilə əziyyət çəkib. Bütün bunlar çoxtərəfli inkiçafımıza ciddi təsir göstərib. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla sülh sazişini imzalamaq üçün müraciət edilib. Məhz Azərbaycanın ilk addımı atması xüsusi diqqət yetirilməlidir. Nəhayət 2 ildən çox müddət keçdikdən sonra 2025-ci ilin mart ayında sənəd üzrə razılaşma əldə edilib" deyə XİN başçısı vurğulayıb.  

Töhfə Səməd

tag: ATƏT,Azərbaycan,Feridun Sinirlioğlu,Ceyhun Bayramov,Todaypress.az,