XİN başçısı: "ATƏT nümayəndələri Ermənsitanın silahlanması ilə bağlı məlumatlandırılıb”

Siyasət

25.04.2025 18:51

14

ATƏT nümayəndələri Ermənsitanın sürətlə silahlanması, İrəvan daxilindəki revanşist addımlarla bağlı məlumatlandırılıb”.   

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.   

Nazirin sözlərinə görə, Azərbaycana qarşı dünyanın bir çox yerində anti davranışlar müşahidə olunur.

Sonuncu belə addım isə aprelin 24-də Fransanın paytaxtı Parisdə Azərbaycanın dövlət atributu olan bayrağının yandırılması ilə baş tutub. 

"Biz hər iki ölkənin rəsmi tərəflərinə müraciət edərək bu kimi addımların qarşısının alınmasını tələb etdik və belə utancverici addımların yolverilməz olduğunu qeyd etdik" deyə Ceyhun Bayramov vurğulayıb.     

Töhfə Səməd

tag: ATƏT,Minsk,Ceyhun Bayramov,Görüş,Feridun Sinirlioğlu,Todaypress.az,