XİN başçısı: "Aİ nümayəndəsi ilə nəqliyyat-logistika imkanları müzakirə edilib"

Siyasət

25.04.2025 14:01

21

“Bu gün nəqliyyat-logistika imkanlarını müzakirə etdik”.   

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə birgə keçirilən mətbuat konfransında deyib.   

Nazirin sözlərinə görə, Azərbaycan bu sahədə öz üzərinə düşən məsələləri uzun illərdir ki, həyata keçirir.   

“Kaya Kallasla görüşdə logistika sahəsində imkanların genişləndirilməsi, region ölkələrə investisiyaların yatırılması məsələsi müzakirə edildi. Burada Ələt Azad İqtisadi Zonasının imkanları, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötən il 1 milyon tondan çox idxalın olduğu diqqətə çatdırıldı”.     

Töhfə Səməd

tag: XİN,Ceyhun Bayramov,Kaya Kallas,İqtisadiyyat,Todaypress.az,