XII Qlobal Bakı Forumunun ikinci günü

Siyasət

14.03.2025 10:19

1334

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuş XII Qlobal Bakı Forumunun ikinci günü başlayıb.

TodayPress xəbər verir ki, tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Forum martın 15-dək davam edəcək.

tag: Azərbaycan,Bakı,Qlobal Forum,Tədbir,Todaypress.az,