Vopke Hoekstra: “Qlobal iqlim problemini həll etmək üçün birgə işləməliyik”

Siyasət

11.10.2024 17:40

“Böyük ölkələr mütləq formada kiçik dövlətlərə maliyyə dəstəyi göstərməlidir. Bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün lazım olan vasitələri əldə edə bilərlər”. 

TodayPress xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ADA Universitetində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, iqlim dəyişikliyinin Yer kürəsinə təsiri və ölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır.Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik. 

Qeyd edək ki, tədbirdə bir sıra səfirlik nümayəndələri, universitet tələbələri iştirak edir. Görüş çərçivəsində komissar iştirakçıların suallarını cavablandırıb. 

Töhfə Səməd

tag: Vopke Hoekstra,ADA,Avropa İttifaqı,İqlim,Todaypress.az,