Vopke Hoekstra: “Ətraf mühiti qorumaq əsas missiyamız olmalıdır”

Siyasət

11.10.2024 17:05

“Dünyanın neft-qaza nə qədər çox ehtiyacı olsa da, bu bir o qədər də bəşəriyyətə zərər verir. Biz bunu anlamalı və buna əsasən addım atmalıyıq”. 

TodayPress xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ADA Universitetində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycan neft-qazın Avropaya ötürülməsində tranzit ölkə rolunu oynayır. Biz çox yaxşı bilirik ki, bu zaman bir çox qalıq və tullantılar yaranır. Bunun üçün həm ixrac, həm də idxal edən ölkələr birgə çalışmalıdır ki, ətraf mühitə daha az zərər dəysin. Bu bizim missiyamız olmalıdır. 

Qeyd edək ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri, universitet tələbələri iştirak edir.  Görüş çərçivəsində komissar iştirakçıların suallarını cavablandırıb. 

Töhfə Səməd

tag: Vopke Hoekstra ,ADA,Avropa,Tədbir,Todaypress.az,