Vladimir Putin Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldu - YENİLƏNDİ
Siyasət
19.08.2024 15:25
Avqustun 19-da Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın
Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
TodayPress xəbər verir ki, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri düzülüb.
Azərbaycanda dövlət səfərində olan
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin daha sonra Şəhidlər xiyabanını
ziyarət edib. Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin
önünə əklil qoyub.
tag: Vladimir Putin, Fəxri Xiyaban, Azərbaycan, Heydər Əliyev, Zərifə Xanım Əliyeva, todaypress.az,