Vladanka Andreyeva Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
TodayPress xəbər verir ki, təbrik Andreyevanın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
“BMT-nin Azərbaycandakı ailəsi adından hər kəsə şən və dinc Novruz arzulayıram! Qoy bu yenilənmə mövsümü hamıya firavanlıq, birlik və ümid gətirsin” deyə o yazıb.
tag: BMT,Vladanka Adreyeva,Novruz,Bayram,Təbrik,Todaypress.az,
