Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəldi
Siyasət
14.12.2024 06:23
Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin
Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol
Riçard Qallaqer Azərbaycana üçgünlük səfərə gəlib.
TodayPress xəbər verir ki, bu barədə Müqəddəs
Taxt-Tacın rəsmi informasiya portal “Vatican News” bildirib.
Qeyd olunub ki, səfərin əsas məqsədi Bakıda Müqəddəs II
İoann Pavel kilsəsinin təməlqoyma mərasimi və yerin xeyir-duasıdır. Məbəd
paytaxtın Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində tikiləcək.
Rəsmi proqram dekabrın 14-də başlayacaq. Azərbaycana
səfəri çərçivəsində arxiyepiskop Qallaqer xarici işlər naziri Ceyhun Bayramov,
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və yerli din xadimləri
ilə görüşlər keçirəcək.
Müqəddəs Taxtın katibi həmçinin Bakıda Müqəddəs Bakirə
Məryəmin Məsum Hamiləliyi Kilsəsində ibadət keçirəcək.
tag: Vatikan, Baş Katib, Azərbaycan, Ceyhun Bayramov,Pol Riçard,todaypress.az,