“USAID hər zaman anti-Azərbaycan mövqeyində olub” - ANALİTİK

Siyasət

04.02.2025 15:57

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) hər zaman anti-Azərbaycan mövqeyində olub”.

Siyasi şərhçi Kazım Kazımov bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, USAID təkcə  Azərbaycana qarşı deyil, müstəqil siyasət həyata keçirən və beynəlxalq güclərin diktəsi ilə hərəkət etməyən ölkələrə qarşı da dağıdıcı mexanizm rolunda çıxış edib: 

“Azərbaycana qarşı “rəngli inqilablar” dövründə USAID-in adı tez-tez hallanmışdı. Vurğulamaq lazımdır ki, USAID-in və onların maşalarının Azərbaycana qarşı planları heç də uğurlu olmayıb”.   

Analitikin qənaətincə, bu gün ABŞ-nin yeni administrasiyası USAID-in ABŞ-nin mövqelərini tamamilə zəiflətdiyini yaxşı anlayır:   

“Açıq demək lazımdır ki, ABŞ son zamanlarda, xüsusilə Baydenin hakimiyyəti dönəmimdə tez-tez pozucu fəaliyyətlərlə gündəmə gəlib. Tramp administrasiyası isə bunu düzəltməyə çalışır. Xüsusilə yeni administrasiyada aktiv rolu olan İlon Maskın USAID-lə bağlı sərt fikirləri bugünkü administrasiyanın fikirlərini yansıdır. Trampın da görüşlərinin buna yaxın olduğu tez-tez ABŞ mətbuatında vurğulanır. Hesab edirəm ki, USAID ya tamamilə qadağan olunacaq, ya da ABŞ Dövlət Departamentinin nəzdində bu fəaliyyətlərini ciddi şəkildə minimalizə edəcək addımlar atılacaq”.

Qeyd edək ki, USAID-in rəhbəri Samantha Pauerin uzun müddət Azərbaycana qarşı qərəzli mövqeyi sərgiləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 17 dekabr 2024-cü ildə  “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Trampın USAID-i qadağan edə biləcəyini vurğulamışdı. Prezident eyni zamanda USAID-in, ümumiyyətlə, sıradan çıxa bilmə ehtimalını da qeyd etmişdi. 

Qiymət Mahir

tag: Azərbaycan , USAID,Siyasi şərhçi,Kazım Kazımov,ABŞ,Tramp,Todaypress.az,

photo