Türkiyədə baş verən yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları olub? - EKSKLÜZİV
Siyasət
22.01.2025 12:51
Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” dağ-xizək kurortunda yerləşən hoteldə baş vermiş yanğında xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşları olmayıb.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, baş verən hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Xatırladaq ki, yanvarın 21-də gecə yerli vaxtla 03:30 radələrində Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” dağ-xizək kurortundakı “Grand Kartal” hotelində yanğın baş verib.
Hadisə nəticəsində 76 nəfər həlak olub, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.
Töhfə Səməd
tag: XİN,Türkiyə,Yanğın,Hadisə,Kartal Kaya,Grand Kartal,todaypress.az,