Türk dövlətlərinin Şimali Kiprdə iclası keçiriləcək
Lefkoşada Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının iclası keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
Bildirilib ki, 1-2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində TDT-nin Ağsaqqallar Şurasının 17-ci iclası keçiriləcək.
“Turkiyegazetesi”nin məlumatına görə, iclasın ən mühüm gündəm mövzusu Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə açdıqları diplomatik nümayəndəliklər olacaq.
Qeyd edək ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan ötən ilin sonlarında Cənubi Kiprə səfirlərini təyin edib.
tag: Lefkoşa,Türk Dövlətləri Təşkilatı,Ağsaqqallar Şurası,Şimali Kipr,todaypress.az,