Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

03.04.2025 16:03

1736

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress xəbər verir ki, məktubda deyilir: 

"Möhtərəm cənab Prezident. 

Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram. 

Ramazan ayı insanların qəlbini və düşüncəsini nurlandıran, onları birlik, mənəvi saflıq və əxlaqi dəyərlərə dəvət edən mübarək aydır.

Bütün İslam aləmi, o cümlədən Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən bu müqəddəs bayram Türk Dövlətləri Təşkilatının əsas prinsiplərindən olan birlik, sülh və qardaşlıq dəyərlərini təşviq edir. 

Bu əlamətdar bayram münasibətilə Zati-alinizə və dost, qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləyirəm".

tag: Türk Dövlətləri Təşkilatının Baş katibi,Kubanıçbek Ömüralıyev,Prezident İlham Əliyev,Ramazan,Todaypress.az,