Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışdı
Siyasət
28.12.2024 20:10
Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon
danışığı olub.
Bu barədə TodayPress “Akorda”ya
istinadən xəbər verir.
Dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus
təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının
faciəli şəkildə həlak olması ilə əlaqədar bir-birinə başsağlığı verib,
yaralıların tezliklə sağalmasını arzulayıblar.
Tokayev və Putin qəzanın səbəblərini müəyyən etmək üçün
tərəflərin gördüyü işləri müzakirə ediblər. Tokayev bildirib ki, Qazaxıstanın
Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislərin
iştirakı ilə araşdırma aparır.
Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri
çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini
vurğulayıblar.
tag: Tokayev, Putin, Rusiya, Qazaxıstan, Aktau, Təyyarə, Qəza, Azərbaycan, todaypress.az,