Toivo Klaarın qərəzli açıqlamalarına rəsmi Bakıdan cavab
Siyasət
05.08.2024 21:21
Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi,
Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın
Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər
ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən
keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların
qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.
TodayPress xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibinin müavini Vasif
Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo
Klaarın ölkəmiz ilə bağlı verdiyi müsahibədə yer alan bəzi iddialara dair
medianın sualına cavabında deyib.
O,
bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə
öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın
öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb
etməlidir.
Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində
qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin
suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin
edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin
ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana
qayıtması niyyətinə hörmətlə yanaşır.
Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu
kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi
qurumun reputasiyasına vurduğu növbəti zərbədir.
tag: XİN,Toivo Klaar,Avropa İttifaqı, Azərbaycan, todaypress.az,