Təyyarə qəzası ilə bağlı Rusiyada cinayət işi açıldı

Siyasət

28.12.2024 17:39

Rusiya İstintaq Komitəsi AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar RF Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açıb.

TodayPress Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Kremlin yaydığı məlumatda deyilir.

İbtidai istintaq hərəkətləri həyata keçirilir, mülki və hərbi mütəxəssislər dindirilir.

tag: AZAL ,Təyyarə, Qəza, Rusiya ,Cinayət ,todaypress.az,