Təcridxanada səsvermə prosesi davam edir

Siyasət

01.09.2024 10:40

Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.

TodayPress xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.

Məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələrində 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

tag: Təcridxana,İstintaq,Məhkum,Həbs,Pentensiar,Sabunçu,Səsvermə, Seçki, Azərbaycan, todaypress.az,