TDT-nin qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum oldu
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub.
TodayPress xəbər verir ki, bu barədə TDT-nin saytında məlumat verilib.
TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.
Qeyd edək ki, TDT dövlət başçılarının 12-ci Zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək.
tag: Türk Dövlətləri Təşkilatı ,Zirvə,Toplantı,Vaxt,Todaypress.az,