Syerra-Leone lideri Prezident İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Siyasət

13.01.2025 19:05

1358

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. 

TodayPress xəbər verir ki, məktubda deyilir:  

"2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı. 

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.  

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.  Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

tag: Prezident,İlham Əliyev,Culius Maada Bio ,Azərbaycan Hava Yolları,Aktau,Qəza,