Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirildi, Prezident İlham Əliyev Forumda iştirak etdi - YENİLƏNDİ
Siyasət
20.07.2024 19:40
İyulun 20-də “Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media
Forumunun açılış mərasimi keçirilib.
TodayPress xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak
edib və sualları cavablandırıb.
x x x
Qeyd edək ki, 50-yə yaxın ölkədən
150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya
agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum
iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
Forum çərçivəsində “Təsirin
qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”,
“Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”,
“Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media
savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel
sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər,
media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların
təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi
aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində
iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa
və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
***
16:19
İyulun 20-də “Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media
Forumu keçirilir.
TodayPress xəbər verir
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edir.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
tag: Şuşa, Prezident, İlham Əliyev, Azərbaycan, Forum, todaypress.az,