“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik oldu
Siyasət
23.01.2025 21:00
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
Nizamnaməsi”nə dəyişiklik olunub.
TodayPress xəbər verir ki, bununla bağlı Prezident İlham
Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Nizamnaməyə aşağıdakı dəyişikliklər
edilib:
- idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə
təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin
etmək;
- tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə
edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı
təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış
sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə
haqq almaq;
- müvafiq ərazidə müqavilə əsasında isti su və istilik
təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən
edilmiş məbləğdə haqq almaq.
tag: Şuşa, Nizamnamə, Qoruq, Fərman, Prezident, İlham Əliyev, todaypress.az,