Siyarto sülh müqaviləsi ilə bağlı təklif irəli sürdü
Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanla Bakı arasındakı sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib.
TodayPress-in Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, o, bunu “İrəvan dialoqu” forumu çərçivəsində deyib.
Siyarto bunu ölkəsinin göstərə biləcəyi kömək kimi dəyərləndirib.
tag: Macarıstan, Peter Siyarto, İrəvan, Bakı, Sülh, todaypress.az,