Sinqapur Prezidenti dövlət başçısı və Mehriban Əliyevanı təbrik etdi

Siyasət

03.04.2025 16:32

1357

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. 

TodayPress xəbər verir ki, məktubda deyilir: 

"Müqəddəs Ramazan bayramı münasibətilə sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram. Bu bayram dünyada insanlar arasında birlik və həmrəylik ruhunun gücləndirilməsi üçün mühüm imkandır. Sizə və yaxınlarınıza xoşbəxtlik və uğurlar arzulayıram".

tag: Prezident ,Mehriban Əliyevaya,Ramazan,Təbrik,Sinqapur,Todaypress.az,