Şimali Makedoniya Prezidenti İlham Əliyevə məktub ünvanladı
Siyasət
06.01.2025 20:50
Şimali Makedoniya Prezidenti Qordana
Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu
ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Qazaxıstan Respublikasının Aktau şəhəri
yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə
qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən
təəssüflənirəm.
Sizə, dost Azərbaycan xalqına və həlak olanların
ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz
adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını
diləyirəm".
tag: Prezident, İlham Əliyev ,Makedoniya, Qordana, Aktau, Təyyarə, todaypress.az,