Şimali Makedoniya Prezidenti Fəxri xiyabanda Ulu Öndərin xatirəsini andı
Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
TodayPress xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
tag: Azərbaycan, Şimali Makedoniya,Qordana Silyanovska-Davkova,Fəxri xiyaban,Heydər Əliyev,todaypress.az,
