Si Cinpin İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik etdi
Çin Xalq
Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik ünvanlayıb.
TodayPress xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab
Prezident.
Bahar bayramı
münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbdən minnətdarlığımı
bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və
xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Hazırda Çin-Azərbaycan
strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi
qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi
çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı
fəaliyyət dərinləşir.
Mən Çin-Azərbaycan
münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Sizinlə birlikdə ənənəvi
dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə
qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər
göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı
və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi
arzulayıram".
tag: Çin, Azərbaycan, Prezident, İlham Əliyev, Novruz, todaypress.az,