Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

Siyasət

15.03.2025 09:50

2943

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır.

TodayPress xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.

tag: Səudiyyə Ərəbistan,Azərbaycan,Ermənistan,Sülh,Razılaşma,Todaypress.az,