Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək
Siyasət
29.01.2025 10:06
Bələdiyyə seçkilərində məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.
TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib.
O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib:
"Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır".
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
tag: Bələdiyyə,Namizəd,Seçki,Azərbaycan,Todaypress.az,