Səfirlik: "ABŞ Azərbaycanla uzunmüddətli əməkdaşlığa sadiqdir" - FOTO

Siyasət

31.12.2024 14:15

"2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir".

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, keçən il iki ölkə terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirib:

"Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-nin yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz, həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq" deyə məlumatda vurğulanıb.

tag: ABŞ ,Azərbaycan,NATO,Silahlı Qüvvələr,todaypress.az,

photo