Səfir: “Su anbarlarını hədəfə almaqla nə etmək istəyirlər?”
“Hindistanın atdığı ən təhlükəli addım “Neelum-CNM” (JNM) Su Elektrik Stansiyasına hücum etməsi oldu ki, bu obyekt Cammu və Kəşmir ərazisində yerləşir”.
TodayPress xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Hind çayı haqqında müqavilənin Hindistanın işğalçı qüvvələri tərəfindən qeyri-qanuni şəkildə pozulmasından sonra su anbarlarını hədəfə almaq görünməmiş bir addımdır.
“Pakistanın su ehtiyatlarını və anbarlarını hədəfə almaqla bu qarşıdurmanı hansı səviyyəyə aparmaq istəyirsiniz?” deyə o Hindistan tərəfinə sual ünvanlayıb.
Töhfə Səməd
tag: Pakistan,Səfir,Hindistan,Münaqişə,Todaypress.az,