Sədr: “İƏT Azərbaycan üçün əhəmiyyətlidir”

Siyasət

24.04.2025 10:18

8

“İƏT regionu qlobal güclərin də maraq dairəsindədir və Azərbaycanın İƏT çərçivəsində rolunun daha da artması ölkənin geosiyasi mövqeyini və regional təsirini daha da gücləndirəcək”. 

TodayPress xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev aprelin 24-də “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, İƏT-in müəyyən potensialı var.  “Azərbaycan müstəqilliyini əldə etdiyi ilk günlərdən bu təşkilata üzv olub. Digər beynəlxalq qurumlar kimi, rəsmi Bakı İƏT-ə də dəyər verir və onun perspektivlərini artırmaq üçün bütün addımları atır.

Çünki açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya regionu və Azərbaycan üçün İƏT regional ticarət və əməkdaşlıq üçün əlverişli platformaya çevrilib. İƏT Azərbaycan üçün hər zaman suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilatlardan biri kimi mühüm əhəmiyyətə malikdir”. 

Töhfə Səməd

tag: İƏT,Fərid Şəfiyev,Azərbaycan,Əməkdaşlıq,Todaypress.az,