Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda qeyd olunub:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Dəyərli qardaşım!
Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı
münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş
arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı
qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri
tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək
bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.
Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli
münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji
tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.
Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq
səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və
hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.
Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə
üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük
uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və
rifah arzulayıram”.
tag: İlham Əliyev, Prezident, Təbrik, Özbəkistan, Şavkat Mirziyoyev, todaypress.az,