“Savaş alovlandıqca, Belarus da prosesə daxil olacaq” - Politoloq rəyi

Siyasət

12.08.2024 14:41

“Belarus Rusiyanın müdafiəsinə möhtacdır”.

Bu sözləri hazırki geosiyasi vəziyyəti TodayPress-ə şərh edən politoloq Oqtay Qasımov deyib. 

Onun sözlərinə görə, Belarusla Rusiya yaxın müttəfiq olduqlarına görə, bu gün Qərb tərəfindən Moskvaya göstərilən münasibət Minskə də tətbiq olunur. Belarusun Rusiyadan uzaqlaşması faktiki olaraq real görünmür. Çünki artıq bu münasibətlər kifayət qədər dərinə işləyib. 

“Ukraynanın Belarus hava məkanını pozması məsələsində isə rəsmi Kiyevin özünə görə arqumentləri var. Vaxtilə Rusiya qoşunları Belarus üzərindən Ukraynaya hücum etmişdilər. Bu səbəbdən Ukrayna Belarusla istər hava, istərsə də quru sərhədlərinin mühafizəsini möhkəm tutmağa və preventiv tədbirlər həyata keçirməyə çalışır” deyə politoloq əlavə edib. 

Analitikin fikrincə, Rusiya-Ukrayna savaşı alovlandıqca, Belarus da prosesə daxil olacaq. Belarusun müxalif lideri Svetlana Tixanovskaya Qərb tərəfindən legitim prezident kimi tanınır. Qərb qüvvələri hazırki hakimiyyəti devirib, öz maraqlarına uyğun gələn prezidenti hakimiyyətə gətirmək istəyir. Buna görə də Lukaşenkonun Rusiyadan uzaq gəzməsi mümkün deyil. 

Töhfə Səməd

tag: Ukrayna, Belarus, Rusiya, Svetlana Tixanovskaya, Qərb, todaypress.az,

photo