Samir Şərifov Ukrayna səfiri ilə görüşdü

Siyasət

01.04.2025 17:09

2328

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

TodayPress xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq gündəliyindəki əsas məsələlər müzakirə edilib.

"İkitərəfli münasibətləri daha da gücləndirmək üçün əməkdaşlığı davam etdirməyə razılaşdıq" deyə diplomat vurğulayıb.

tag: XİN,Samir Şərifov,Ukrayna,Səfir,Yuri Qusev,Todaypress.az,