Şahin Babayev AZCON-un icraçı direktoru təyin edildi

Siyasət

03.03.2025 16:20

1953

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ş.Babayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb, 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

O, 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2024-cü ildə isə nazirin müavini təyin edilib.

tag: Şahin Babayev,AZCON,Sərəncam ,Prezident ,İlham Əliyev,todaypress.az,