Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
Siyasət
21.11.2024 17:41
MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Bu barədə TodayPress-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Belə ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
tag: MDB, Rusiya, Sahibə Qafarova, Milli Məclis, PA, todaypress.az,