Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Siyasət

24.04.2025 15:25

10

Milli Məclisin sədri Sahibə Qafarova 25-26 aprel tarixlərində Vatikana səfər edəcək. 

TodayPress xəbər verir ki, parlament sədrinin səfərinin məqsədi Müqəddəs Taxt-Tacın başçısı, görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin dəfn mərasimində iştirak etməkdir. 

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.

tag: Sahibə Qafarova,Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,