Sahibə Qafarova gürcü həmkarı ilə görüşdü, memorandum imzalandı

Siyasət

10.03.2025 18:21

1758

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

TodayPress xəbər verir ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.

Qeyd olunub ki, bu sənəd qanunverici orqanlar arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

tag: Sahibə Qafarova,Milli Məclis,Gürcüstan,Parlament,Memorandum,Todaypress.az,