Şahbaz Şərif Azərbaycana səfər edəcək
Siyasət
10.01.2025 10:17
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri məlumat yayıb.
"Pakistan "Mərkəzi Asiya baxışı siyasəti" çərçivəsində region dövlətləri ilə fəal şəkildə əməkdaşlığın genişləndirilməsinə çalışır. Cənubi Qafqazın əhəmiyyətli ölkələri ilə əlaqələrini möhkəmləndirir. Bu strategiyaya uyğun olaraq, Baş nazir Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək" məlumatda qeyd olunub.
Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.
"Məlumatlı mənbələrin sözlərinə görə, səfər çərçivəsində Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş imzalamağı planlaşdırır" nəşr vurğulayıb.
Qeyd olunub ki, Azərbaycandan sonra Pakistanın Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək. Bu səfər zamanı o, tranzit ticarət üçün Kəraçi limanından istifadəni təklif edəcək, həmçinin əsas ticarət sazişlərini imzalayacaq.
tag: Şahbaz, Pakistan ,Strategiya,Asiya,todaypress.az,