Şahbaz Şərif Azərbaycana başsağlığı verdi - FOTO

Siyasət

25.12.2024 13:16

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarənin qəzaya uğraması səbəbilə başsağlığı verib.

TodayPress xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.

"Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır" Baş nazir qeyd edib.

tag: Pakistan, Azərbaycan, Azal, Başsağlığı, todaypress.az,

photo