Sabiq səfir: “Vahid nəqliyyat marşurutu məsələsi hələ də həll olunmayıb”
“Azərbaycan hər zaman İƏT-ə yeni təklif və təşəbbüslərlə müraciət edib”.
TodayPress xəbər verir ki, bunu Azərbaycanın İran İslam Respublikasındakı sabiq səfiri (2009-2016) Cavanşir Axundov aprelin 24-də “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, transport, vahid nəqliyyat marşurutu məsələsi hələ də həll olunmayıb. İlk növbədə bu məsələlər öz həllini tapmalıdır.
“Məsələn, təkcə Riqa portundan hər il ən az 16 milyon ton məhsul keçir. Buna baxmayaraq, İran üçün bu rəqəm 5 milyondur. İran kimi irimiqyaslı dövlətin sadəcə bu rəqəmlə kifayətlənməsi olduqca məyusedicidir. Bütün bunların nəticəsində nə təşkilat, nə də İƏT-ə üzv olan ölkələr arasındakı münasibətlər nəzərdə tutulan formada inkişaf edir”.
Sabiq səfirin fikrincə, hər bir təşkilatda lokomotiv rolunu oynayan bir ölkə olur:
“Bilirik ki, Avropa İttifaqında Almaniya və Fransa bu rolu üstələnib. Təəssüf ki, İƏT-də belə bir aktor görmürəm. Bir neçə dəfə Türkiyə çalışıb ki, belə bir rolla çıxış etsin və əsas layihələri öz üzərinə götürsün. Lakin bu zaman İran dərhal məsələyə bir sıra əngəllər törədib. Çünki hazırda Tehranda dövlətçilik eqoizmi var”.
Töhfə Səməd
tag: Cavanşir Axundov,Səfir,İƏT,Azərbaycan,Todaypress.az,