Saat 17:00-a olan seçici fəallığı açıqlandı
Siyasət
29.01.2025 17:44
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
TodayPress xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 715 min 291 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 28,77 faiz olub.
***
15:45
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
TodayPress xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub.
tag: Seçki,Bələdiyyə,Namizəd,Azərbaycan,Todaypress.az,