Saat 10:00-a olan seçici fəallığı açıqlandı

Siyasət

29.01.2025 10:31

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

TodayPresss xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

Onun sözlərinə görə, saat 10.00-a qədər respublika üzrə 499 575 nəfər səs verib, seçici fəallığı 8,38 faiz olub.  

Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

tag: Səsvermə,Bələdiyyə,Seçki,Məcəllə,Todaypress.az,