Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi

Siyasət

17.12.2024 01:51

Tatarıstan Rəisi Rüstəm Minnixanov bu gün Bakıya işgüzar səfərə gəlib.

 

TodayPress xəbər verir ki, Tatarıstan liderinin mətbuat xidmətindən verilən məlumata görə, bu səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.


Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov qarşılayıblar.


Səfər çərçivəsində onun bir sıra müəssisələrə baş çəkəcəyi, rəsmi görüşlər və işgüzar danışıqlar aparacağı bildirilir.

 

tag: Tatarlstan, Rəsmi Görüş, Azərbaycan,Bakı, Rüstəm Minnixanov, todaypress.az,