Rusiya “Zəngəzur düyməsini” basdı: Ermənistana təzyiq artırılmalıdır - Politoloq şərhi

Siyasət

22.08.2024 13:28

“Rusiya Zəngəzur dəhlizinin açılmaması üçün çalışan qüvvələri artıq öz gözləri ilə görür”. 

Politoloq Əhəd Məmmədli bunu, TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Rusiyanın da maraqlarına cavab verir: 

“10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış bəyanatın əsas puktlarından biri də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasıdır. İndi Paşinyan hökuməti buna əməl etmək istəmir. Rəsmi Bakı Zəngəzur dəhlizinin açılması  məsələsində bir tərəfdən İranın, digər tərəfdən isə Qərbin əngəllər yaratmaq istədiyini görür. Artıq  Rusiya özü də buna şahidlik edir. Zəngəzur dəhlizi Rusiya, eləcə də, Çin, Britaniya və Türkiyənin də maraqlarına cavab verir. Azərbaycan tərəfi bundan istifadə edərək, Ermənistana təzyiq göstərə bilir”.   

Analitik hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı günahlandırması, Kremlin Zəngəzur dəhlizi mövzusunda Azərbaycanın yanında olmasını göstərir. Biz isə Zəngəzur nöqtəsinin düyməsini daim basılı saxlamalıyıq ki, bu mövzu gündəmdən düşməsin.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov bir müddət öncə bildirib ki, Rusiya sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Baş nazir Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. 

Günəş Mərd

tag: Ermənistan, Paşinyan, Rusiya, XİN, Çin, Britaniya, todaypress.az,

photo