Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
Siyasət
19.08.2024 13:16
Avqustun 19-da Azərbaycanda dövlət səfərində
olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi
olub.
TodayPress-in xəbərinə görə, hər iki
ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Rusiya
Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə
raport verib.
Rusiya və Azərbaycanın dövlət himnləri
səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin
qarşısından keçiblər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri
Prezident Vladimir Putinə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham
Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları
altında dövlət başçılarının qarşısından keçib.
Sonra prezidentlər rəsmi foto çəkdiriblər.
tag: Vladimir Putin, İlham Əliyev, Rəsmi qarşılanma, Prezident, todaypress.az,